525.Az

Keçmiş baş nazir Hindistana qaçdı


 

Keçmiş baş nazir Hindistana qaçdı<b style="color:red"></b>

Banqladeşdə baş verən etiraz aksiyalarına görə istefa verən baş nazir Şeyx Hasina Hindistana qaçıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, paytaxt Dəkkədən daha təhlükəsiz yerə - Hindistanın cənub-şərqindəki Aqartala şəhərinə uçub. Hindistan hökuməti keçmiş baş nazirə siyasi sığınacaq verməyə, həmçinin, başqa dövlətin ərazisinə keçməsinə yardım etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Banqladeşdə bir neçə gündür davam edən ixtişaşlarda 100-dən çox adam öldürülüb, Dəkkədə komendant saatı tətbiq olunub.

Yeri gəlmişkən, Şeyx Hasina Banqladeşin qurucusu və ilk prezidenti şeyx Mucibura Rahmanın qızıdır. O, 1996-2001 və 2009-2024-cü illər aralığında ölkənin baş naziri postunu tutub.

L.Tağıyeva

 





05.08.2024    çap et  çap et