525.Az

Türkiyə Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasına qoşulmaq niyyətindədir


 

Türkiyə Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasına qoşulmaq niyyətindədir<b style="color:red"></b>

Türkiyə Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmaq üçün avqustun 7-də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə ikigünlük səfəri çərçivəsində apardığı danışıqların yekununda bildirib.

Onun sözləri Türkiyə XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.

“İsraillə bağlı hazırladığımız dosyeni prosesdə iştirak etmək imkanı əldə etmək üçün çərşənbə günü Beynəlxalq Ədalət Məhkəməsinə göndərəcəyik”, - Fidan deyib.

 





05.08.2024    çap et  çap et