Belçikada beynəlxalq müdafiə üçün müraciət edən təxminən 4 min qaçqın dövlətin onları qalacaq yerlə təmin etməsini gözləyir.
525.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq müdafiə üçün müraciət etmiş sığınacaq axtaranların mənzil problemi 3 ilə yaxındır ki, davam edir.
Beynəlxalq müdafiə üçün müraciət etdikləri üçün qanuni sığınacaq hüququna malik olan sığınacaq axtaranlar onlara sığınacaq yeri ayrılmadığı üçün küçələrdə yaşamağa məcbur olurlar.
Mənzil növbəsindəkilərin sayı isə artmaqda davam edir. İlin əvvəlində 3 min olan bu rəqəm iyul ayında təxminən 4 minə çatıb.
Qeyd edək ki, ölkənin müxtəlif yerlərində qaçqınlar üçün ayrılmış mərkəzlərdə ümumilikdə 35 704 çarpayı olduğu halda, onların 95 faizinin dolu olduğu təxmin edilir.
Malik Atilay
çap et