Cənubi Afrika Respublikasında insan alverçiləri tərəfindən saxlanılan 90 efiopiyalı qeyri-qanuni mühacir polis tərəfindən xilas edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrika polisinin verdiyi açıqlamaya görə, fidyə qarşılığında qaçırılan Efiopiya vətəndaşının xilas edilməsi üçün Yohannesburqda bir binada həyata keçirilən əməliyyatda 90 efiopiyalı qeyri-qanuni miqrant tapılıb.
Binanın otaqlarında “öz iradəsinə zidd və qeyri-insani şəraitdə bağlı saxlanılan” bu insanlar xilas edilərək tibbi yardım üçün xəstəxanalara göndərilib.
İnsan alveri ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər binada yaxalanıb.
Malik Atilay
çap et