Nigeriyanın cənubundakı İmo əyalətində silahlı hücum nəticəsində 8 nəfər ölüb, çox sayda insan yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, İmo əyalətinin polis komissarı Aboki Danjuma bölgədə naməlum şəxslər tərəfindən silahlı hücumun həyata keçirildiyini bildirib.
Hücumda 8 nəfərin öldüyünü qeyd edən Danjuma çox sayda insanın yaralandığını bildirib.
Danjuma təhlükəsizlik qüvvələrinin bölgəyə yönəldildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Malik Atilay
çap et