525.Az

Başqırdıstanda partlayış olub, 3 nəfər ölüb


 

Başqırdıstanda partlayış olub, 3 nəfər ölüb<b style="color:red"></b>

Rusiyanın Başqırdıstan Respublikasının Stərletamak şəhərində müəssisələrdən birində yanğın baş verib, nəticədə 3 nəfər ölüb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i İstintaq Komitəsinin Başqırdıstan üzrə idarəsinə istinadən məlumat yayıb.

“Sənaye binasında köhnə boru kəmərinin sökülməsi zamanı qaz-hava qarışığı yanıb, 3 işçi termik yanıq alıb, onlar hadisə yerində keçiniblər”, – məlumatda diqqətə çatdırılıb.

 





05.08.2024    çap et  çap et