525.Az

Rusiyada pivə istehsalı son 11 ildə ən yüksək səviyyəyə çatıb


 

Rusiyada pivə istehsalı son 11 ildə ən yüksək səviyyəyə çatıb<b style="color:red"></b>

İlin ilk yarımilinin göstəricilərinə əsasən Rusiyada pivə istehsalı 7,3 faiz artaraq 451,4 min dekalitrə çatıb.

525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, 2013-cü ildən sonra ən yüksək göstəricidir. 11 il əvvəl bu rəqəm 451,9 min dekalitrə bərabər olub.

2024-cü ilin ilk 6 ayı ərzində istehsal olunan pivənin 85 faizinin faiz dərəcəsi 0,5-lə 8,6 arasında dəyişir. Ən çox iyun ayında pivə istehsalı olub - 88,2 min.

İbrahim Cəfərov

 





06.08.2024    çap et  çap et