525.Az

ABŞ-nin İraqdakı bazası bombalanıb - minimum 5 nəfər yaralanıb


 

ABŞ-nin İraqdakı bazası bombalanıb - <b style="color:red"> minimum 5 nəfər yaralanıb</b>

Ötən gecə İraqdakı “Əl-Əsəd” aviabazası bombalanıb.

525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində minimum 5 amerikalı hərbçi yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Yaralıların sayının artacağı istisna edilmir.

Hələlik ABŞ və ya İraq tərəfi hücuma görə kimisə günahlandırmayıb. “Reuters” onu da yazır ki, tərəflər hücumun İran tərəfindən baş verib-vermədiyini hələlik dəqiqləşdirə bilməyiblər.

Xatırladaq ki, daha əvvəl İran tərəfi HƏMAS təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə ABŞ-ni də gühanlandırıb. Bu səbəbdən də İraqdakı “Əl-Əsəd” aviabazasının İran tərəfindən  bombalanması istisna edilmir.  

İbrahim Cəfərov

 





06.08.2024    çap et  çap et