525.Az

Türkiyədəki otellərdə “all inclusive” sistemi ləğv edilə bilər


 

Türkiyədəki otellərdə “all inclusive” sistemi ləğv edilə bilər<b style="color:red"></b>

Türkiyədəki otellərdə “all inclusive” (“hər şey daxil”) sistemi ləğv edilə bilər.

525.az “Hürriyət”ə istinadən xəbər verir ki, bu təkliflə sözügedən sistemin yaradıcılarından biri hesab edilən Zafer Alkay çıxış edib.

O bildirib ki, otelçilər turistlərə təqdim edilən qida məhsullarının keyfiyyəti ilə bağlı siyasətlərinə yenidən baxmalıdırlar:

“Yüksək səviyyəli xidmət və ərzaqlara ehtiyac duyan turistlər təbii ki, buna uyğun da məbləği ödəməyə hazırdırlar. Burada önəmli olan əhatə məsələsidir. İnflyasiya səbəbindən son zamanlar Türkiyədə ərzaqların qiymətləri xeyli bahalaşıb. Belədə otellər də məcburən qiymətləri artırırlar. Belədə isə tətil daha az sayda turist üçün əlçatan olur”.

Z.Alkay əlavə edib ki, onsuz da “all inclusive” sistemində qidaların böyük hissəsi utilizasiyaya gedir.

İbrahim Cəfərov

 





06.08.2024    çap et  çap et