2024-cü ilin birinci yarısında Çinin materik hissəsində çayın xarici ticarətinin həcmi illik müqayisədə 2,21 faiz artaraq 196,4 min tona çatıb.
525.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Kənd Təsərrüfatı Əməkdaşlığının Təşviqi üzrə Çin Assosiasiyasının Çay Sənayesi Komitəsinin məlumatında deyilir.
Hesabat dövründə Çinin çay idxalı 41,54 faiz artaraq 24,4 min tona çatıb. Bununla yanaşı, onun dəyəri 72 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 10,14 faiz çoxdur.
Çay Sənayesi Komitəsi katibliyinin rəhbəri Vey Yunun sözlərinə görə, cari ilin ilk altı ayında “Kəmər və Yol” təşəbbüsündə iştirak edən ölkələr çay ticarətində ən böyük tərəfdaş olublar, hesabat dövründə onların Çinlə ticarət dövriyyəsi təxminən 168,4 min ton təşkil edib.
Komitənin “Kəmər və yol” təşəbbüsündə iştirak edən ölkələrlə Çinin çay ticarətinə dair illik hesabatında qeyd olunub ki, ilin birinci yarısında tərəfdaş ölkələri ilə çay ticarətində ən böyük ixrac məhsulu yaşıl çay olub ki, bu da 92,35 faiz təşkil edib.
Pərvanə Sultanova
çap et