525.Az

Aİ Şurası Kiyevə 4,2 milyard avro məbləğində yardımın ayrılmasını təsdiqləyib


 

Aİ Şurası Kiyevə 4,2 milyard avro məbləğində yardımın ayrılmasını təsdiqləyib<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya təxminən 4,2 milyard avro məbləğində vəsaitin ayrılması ilə bağlı Aİ səfirləri ilə daha əvvəl razılaşdırılmış qərarı təsdiqləyib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Aİ Şurasına sədrliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Yazılı proseduru başa çatdıran Aİ Şurası bu gün Ukraynaya dəstək fondu çərçivəsində təxminən 4,2 milyard avro məbləğində ilk ödənişin edilməsi ilə bağlı qərar qəbul edib”, - məlumatda qeyd olunub.

 





06.08.2024    çap et  çap et