525.Az

Banqladeşin sabiq informasiya naziri Hindistana qaçmaq istəyərkən saxlanılıb


 

Banqladeşin sabiq informasiya naziri Hindistana qaçmaq istəyərkən saxlanılıb<b style="color:red"></b>

Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları üzrə keçmiş dövlət naziri Zunaid Əhməd Palak Hindistana qaçmaq istəyərkən Dəkkə Beynəlxalq Hava Limanında saxlanılıb.

525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə “United News of Bangladesh” xəbər portalı məlumat yayıb.

Bundan başqa, bir sıra KİV ölkənin polis istintaq şöbəsinin keçmiş rəhbəri Harun ər-Rəşidin hava limanında saxlanıldığını bildirsə də, o, xaricə getməsi ilə bağlı yayılan iddiaları təkzib edib.

 





06.08.2024    çap et  çap et