525.Az

Kamala Harris vitse-prezident postuna namizədini müəyyənləşdirib


 

Kamala Harris vitse-prezident postuna namizədini müəyyənləşdirib<b style="color:red"></b>

ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək prezident seçkisi üçün vitse-prezident postuna namizədini müəyyənləşdirib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Kamala Harris noyabrda keçiriləcək seçkilərdə Minnesota qubernatoru Tim Valsla birgə mübarizə aparacaq.

Onun yaxın saatlarda Filadelfiya mitinqində bu qərarı elan etməsi gözlənilir.

Son günlərdə vitse-prezident postuna potensial namizədlər arasında üçlük - Pensilvaniya qubernatoru Coş Şapiro, Arizona senatoru Mark Kelli və Minnesota qubernatoru Tim Valsın adları çəkilirdi.

 





06.08.2024    çap et  çap et