“NATO yalnız Ukraynadakı münaqişəyə birbaşa müdaxilə edərək cəbhə xəttində Kiyev üçün yaranmış vəziyyəti dəyişməyə cəhd göstərə bilər”.
525.az xəbər verir ki, bu barədə amerikalı politoloq Marek Sleboda deyib. Onun sözlərinə görə, NATO ölkələrinə münaqişəyə birbaşa müdaxilə qalır, lakin indi bu istiqamətdə heç bir irəliləyiş yoxdur.
Ekspert hesab edir ki, Rusiyanın siyasi iradəsi var və münaqişə onun xeyrinə bitəcək. Sleboda, həmçinin bildirib ki, Kiyevin müttəfiq ölkələrində artan siyasi xaos səbəbindən Qərbdə Ukraynaya mümkün qoşun yeridilməsi ilə bağlı söhbətlər dayanıb.
“Bilirsiniz ki, Qərb əksər hissəsində siyasi xaos hökm sürür və Kiyevin ən böyük dəstəkçisi olan Almaniya hökuməti indi ipdən asılıb”, - politoloq bildirib.
Mayın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris bildirib ki, Ukrayna məğlub olarsa, Vaşinqton öz qoşunlarından istifadə edərək münaqişəyə müdaxilə etməli ola bilər. Konqresmenin fikrincə, ABŞ Ukraynanın çökməsinə imkan verə bilməz, çünki bu halda Vaşinqtonun münaqişəyə hərbi müdaxiləsi ehtimalı xeyli artacaq.
Pərvanə Sultanova
çap et