525.Az

İranda qum fırtınası: 1362 nəfər xəstəxanalara müraciət edib


 

İranda qum fırtınası: <b style="color:red">1362 nəfər xəstəxanalara müraciət edib</b>

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində son 5 gündə qum fırtınasından zərər çəkən 1362 nəfər xəstəxanaya yerləşdirilib.

525.az Təsnim Xəbər Agentliyinə istinadən xəbər verir ki, Sistan-Bəlucistan əyalətində baş verən qum fırtınası xüsusilə vilayətin şimal bölgələrində öz təsirini göstərib.

Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nüsrət Abad, Xaş, Saravan, İranşəhr və Mehristan şəhərlərində baş verən tufan bir milyona yaxın insanın həyatına mənfi təsir göstərərkən, 1362 nəfər xəstəxanalarda müalicə altına alınıb.

Qeyd edək ki, Sistan-Bəlucistanda “120 günlük tufanlar” adlanan küləyin gücləndiyi günlərdə tənəffüs yolları xəstəlikləri olan minlərlə insan xəstəxanalara müraciət edir.

Malik Atilay

 





06.08.2024    çap et  çap et