525.Az

Somalidə çimərlik və otelə hücum nəticəsində 32 nəfər ölüb


 

Somalidə çimərlik və otelə hücum nəticəsində 32 nəfər ölüb<b style="color:red"></b>

Somalinin paytaxtı Moqadişuda "Əl-Şəbab" terror təşkilatı tərəfindən çimərlik və oteldə həyata keçirilən bombalı və silahlı hücumda 32 nəfər həyatını itirib, 63 nəfər isə yaralanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Somali polisinin sözçüsündən verilən açıqlamaya görə, terror təşkilatı "Əl-Şəbab" üzvləri Moqadişuda Lido Beach və Beach View otelinə hücum edib.

Açıqlamaya görə, dinc əhalinin sıx olduğu çimərlikdə kamikadze özünü partladıb və bir neçə silahlı otelə girərək atəş açıb.

Açıqlamada hücumda 32 nəfərin həyatını itirdiyi, 63 nəfərin isə yaralandığı bildirilib və təhlükəsizlik qüvvələrinin gecə boyu hücumçularla mübarizə apardığı xəbəri paylaşılıb. Hücumun böyük xaosa səbəb olduğu və çox sayda yaralının xəstəxanalara aparıldığı bildirilib.

Sosial mediada yayımlanan görüntülərdə çimərlikdə və oteldə çoxlu sayda ölən və yaralananın olduğu görülüb.

Xəstəxanalarda qan ehtiyacının ödənilməsi üçün qanvermə çağırışı edilib.

Qeyd edək ki, hücuma görə məsuliyyəti “Əl-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.

Malik Atilay 

 





06.08.2024    çap et  çap et