ABŞ-nın şərqini ağuşuna almış "Debbi" qasırğası sahilə 25 bağlama kokain çıxarıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Florida ştatında baş verib. Ümumi çəkisi 30 kq olan bağlamaları sahildə naməlum şəxs aşkarlayıb və bu barədə polisi məlumatlandırıb.
Patrul xidməti tapılan narkotikin qara bazarda 1 milyon dollar dəyərində olduğunu bildirib.
Qeyd edək ki, buna bənzər hadisələr Floridada daha əvvəl də yaşanıb. İyunda sualtı üzgücülər Ki-Uest şəhərciyi yaxınlığında dənizin 30 metr dərinliyində gizlədilmiş 25 kq narkotik tapmışdılar.
L.Tağıyeva
çap et