525.Az

Stalinin mühafizəçisinə fəxri vətəndaşlıq verildi


 

Stalinin mühafizəçisinə fəxri vətəndaşlıq verildi<b style="color:red"></b>

İkinci Dünya Müharibəsi illərində (1941-45) Kremldə mühafizəçi olmuş, bu ilin martında 100 yaşını qeyd etmiş Jorj Tokarevə Yekaterinburq şəhərinin fəxri vətəndaşlığı verilib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1946-cı ildə İosif Stalin Soçidə dincələrkən, SSRİ rəhbərinin təhlükəsizliyinə cavabdeh şəxslərdən biri də məhz Tokarev idi. 1950-ci ildə təxris olunan mühafizəçi Sverdlovska qayıdıb, Ural Pedaqoji İnstitutunu bitirib və uzun illər oranın əməkdaşı olub.

Qeyd edək ki, Yekaterinburq Şəhər Dumasından verilən məlumata görə, Tokarev bu şəhərin fəxri vətəndaşı adını alan 102-ci şəxsdir.

L.Tağıyeva

 





07.08.2024    çap et  çap et