525.Az

Venesuela prezidenti "WhatsApp"dan imtina etdi


 

Venesuela prezidenti "WhatsApp"dan imtina etdi<b style="color:red"></b>

Venesuela prezidenti Nikolas Maduro "WhatsApp"dan imtina edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə gənc tərəfdaşları ilə prezident sarayında görüşərkən deyib.

"Bu gün rəsmi olaraq WhatsApp"dan imtina edirəm. Onu telefonumdan birdəfəlik silirəm. Çünki "WhatsApp" Venesuelanı təhdid etmək üçün istifadə olunur", - deyə Maduro qərarına aydınlıq gətirib. O, indən belə "Teleqram" və "WeChat"dan istifadə edəcəyini də açıqlayıb.

Qeyd edək ki, Venesuela prezidenti gəncləri də ondan örnək götürməyə səsləyib.

L.Tağıyeva

 





07.08.2024    çap et  çap et