525.Az

Siçanlara görə təmir işləri təxirə salındı


 

Siçanlara görə təmir işləri <b style="color:red">təxirə salındı</b>

Böyük Britaniyanın Kent qraflığında böyük yol ötürücüsünün təmiri maraqlı səbəbə görə bir neçə aylıq ertələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 5,8 milyon funt-sterlinq dəyəri olan dairəvi yolda təmir işlərinə hazırlıq gedərkən, orada meşə siçanlarının yuvalarının olduğu üzə çıxıb.

Meşə siçanları qorunduqları üçün podratçılar işlərini payıza kimi təxirə salmalı olublar. Başqa qeyri-adi hadisə baş verməsə, təmir 2025-ci ildə yekunlaşacaq.

Qeyd edək ki, meşə siçanlarının (Dryomys nitedula) bir neçə növü var və onlar dünyanın bir çox bölgələrində məskunlaşıblar. Azərbaycanda Qafqaz meşə siçanı (Apodemus tauricus saxatilis) və kiçik meşə siçanına (Apodemus uralensis) daha çox rast gəlinir.

L.Tağıyeva

 





06.08.2024    çap et  çap et