525.Az

"Google" ABŞ-də monopoliya yaratmaqda ittiham edilir


 

"Google" ABŞ-də monopoliya yaratmaqda ittiham edilir<b style="color:red"></b>

ABŞ-də federal hakim "Google"un internet axtarışı və axtarış reklamında “qanunsuz monopoliya” yaratdığına qərar verərək internet texnologiyaları sahəsində mühüm qərar verib.

525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ federal hakimi Amit Mehta bu gün ABŞ Ədliyyə Departamentini "Google"a qarşı qaldıran işlə bağlı çoxdan gözlənilən qərarını açıqlayıb.

Hakim Mehta qərarında: "Şahidlərin və sübutların ətraflı araşdırılması nəticəsində məhkəmə bu qərara gəldi: Google monopoliyadır və bu, Şerman Qanununun 2-ci maddəsini pozur", - deyib.

Malik Atilay 

 





07.08.2024    çap et  çap et