İraqın Ali Məhkəmə Şurası PKK terror təşkilatına bağlı üç qondarma partiyanın fəaliyyətinin qadağan edilməsi və əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edib.
525.az xarici KİV-ə istinadən bildirir ki, İraqın Ali Məhkəmə Şurasının qəbul etdiyi qərar yerli mətbuata sızdırılıb.
Buna uyğun olaraq, İraq Milli Təhlükəsizlik Müşavirliyinin tələb və şikayəti əsasında terror təşkilatı PKK-ya bağlı olan qondarma “Yəzidi Demokrat və Azadlıq Partiyası”, “Demokratik Mübarizə Cəbhəsi Partiyası” və “Tevgera Azadi”nin fəaliyyəti , terror təşkilatı PKK ilə əlaqəsi səbəbiylə qadağan edilib və mülklərinə həbs qoyulub.
Qərarda bildirilib ki, sözdə tərəflərin terror təşkilatı PKK ilə əlaqəsi olması xəbəri İraq Kəşfiyyat İdarəsi və Baş nazirlik tərəfindən də təsdiqlənib.
Malik Atilay
çap et