525.Az

Zaxarova Kursk vilayətinə hücumu terror aktı adlandırdı


 

Zaxarova Kursk vilayətinə hücumu <b style="color:red"> terror aktı adlandırdı</b>

“Rusiya hüquq-mühafizə orqanları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə dünənki hücumuna qiymət verəcək”.

525.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, bu hücumu dinc əhaliyə qarşı terror aktı adlandırıb: “Söhbət növbəti terror aktından gedir. Aydındır ki, bu hücum dinc, mülki əhaliyə qarşı yönəlib. Buna zərrə qədər də şübhə yoxdur”.

Xatırladaq ki, avqustun 6-da Kursk vilayəti Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri sərhədi keçməyə çalışıblar. Hava hücumu nəticəsində 3 nəfər ölüb, 28 nəfər yaralanıb.

İbrahim Cəfərov

 





07.08.2024    çap et  çap et