525.Az

ABŞ İranın İsrailə mümkün hücum tarixini açıqlayıb


 

ABŞ İranın İsrailə mümkün hücum tarixini açıqlayıb<b style="color:red"></b>

ABŞ avqustun 8-9-da Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İrandan və Livan Hizbullah hərəkatından cavab tədbiri gözləyir.

525.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“İlkin qiymətləndirmələr bu hücumun həftənin əvvəlində ola biləcəyini deməyə əsas verirdi, lakin son kəşfiyyat hər hansı cavabın cümə axşamı gecəyədək və ya cümə gününə qədər təxirə salına biləcəyini göstərir”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, ABŞ rəsmiləri İranın cavabının formasını müəyyən etməyə çalışırlar, həmçinin bunun Hizbullah və ya İraq və Yəməndəki digər qruplarla koordinasiyalı hücum olacağı sualı ətrafında düşünürlər.

Kanal xatırladıb ki, Hizbullah lideri Həsən Nəsrullah həm İranın, həm də Hizbullahın cavab zərbəsi endirəcəyini açıqlayıb, lakin bir neçə cəbhəni əhatə edən genişmiqyaslı koordinasiyalı hücum ehtimalını açıq saxlayıb.

Bundan əvvəl İran ordusunun baş komandanı Əbdülrəhim Musəvi bildirib ki, Yəhya əs-Sinvarın HƏMAS-ın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilməsi İsrailin artıq gələcəyə heç bir ümidinin olmadığını deməyə əsas verir. 

Pərvanə Sultanova

 





07.08.2024    çap et  çap et