525.Az

İlon Mask Kamala Harrisi kommunist adlandırıb


 

İlon Mask Kamala Harrisi kommunist adlandırıb<b style="color:red"></b>

“X” sosial şəbəkəsinin sahibi, milyarder İlon Mask ABŞ prezidentliyinə namizəd Kamala Harrisi kommunist adlandırıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə o özünün “X” hesabında yazıb.

O hətta xanım siyasətçini kommunist ideologiyasının öncüllərindən olan Karl Marksla müqayisə edib:

“Onun “ədalətli bölgü” və “ədalət” anlayışları Karl Marksı xatırladır. O, Karl Marksın yenidən qablaşdırılmış versiyasıdır. Bu adam hətta onun “Hər kəsə bacarığına və tələbatına görə” – şüarını əlində rəhbər tutur. Bu ideologiya insanların malik olduğu varidatın yenidən bölüşdürüləcəyini deməyə əsas verir”.

 





07.08.2024    çap et  çap et