525.Az

Volqoqradda ağır yol qəzası - 20 nəfər yaralanıb


 

Volqoqradda ağır yol qəzası - <b style="color:red"> 20 nəfər yaralanıb</b>

Rusiyada ağır yol qəzası baş verib.

525.az “Kommersant”a istinadən xəbər verir ki, Astraxan-Moskva reysi üzrə hərəkət edən sərnişin avtobusu Volqoqrad ərazisində yük maşını ilə toqquşub. Nəticədə 6-sı uşaq olmaqla 20 nəfər yaralanıb.

Qəzada xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Bu barədə Astraxan vilayətinin qubernatoru İqor Babuşkin məlumat verib. O bildirib ki, yaralılar ambulator müalicə alırlar.

Qeyd edək ki, qəza yerli vaxtla 04:16-da baş verib. Hadisə vaxtı avtobusda 30 sərnişin olub.

İbrahim Cəfərov

 





07.08.2024    çap et  çap et