525.Az

Çin XİN başçısı: Haniyənin öldürülməsi İranın suverenliyinin pozulmasıdır


 

Çin XİN başçısı: Haniyənin öldürülməsi İranın suverenliyinin pozulmasıdır<b style="color:red"></b>

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi İranın suverenliyinin pozulmasıdır.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.

Məlumata görə, o, İsmayıl Haniyənin öldürülməsinin ittiham edərək bunu BMT-nin nizamnaməsi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.

Nazir hadisənin regionda gərginliyi artıracağını, regionu daha təhlükəli vəziyyətə sürükləyəcəyini qeyd edib.

 





07.08.2024    çap et  çap et