Yaponiyanın cənub-qərbində, Kyusyu adasının yaxınlığında 6,9 bal gücündə zəlzələ olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələdən dərhal sonra bölgədə sunami təhlükəsi elan olunub. Bu barədə Milli Meteorologiya İdarəsindən bildirilib.
Yeraltı məkanların episentri Miyazaki prefekturasının yaxınlığında, okeanın dibinin 30 km dərinliyində yerləşib.
Seysmoloqların fikrincə, Miyazdzaki və Koti rayonlarında dalğanın hündürlüyü 1 metrə çata bilər.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
İbrahim Cəfərov
çap et