525.Az

Almaniyada otel çökdü


 

Almaniyada otel çökdü<b style="color:red"></b>

Trir şəhərinin 50 km-də yerləşən Kref yaşayış məntəqəsində otellərdən birinin çökməsi 1 nəfərin ölümünə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. 

Mərtəbələrdə birində dayaqların qırılması faciə ilə nəticələnib. Hadisə anında binada 14 nəfər olub. Onlardan 5-i özləri dağıntılar altından çıxa bilib. Qalan 9 nəfərdən biri həyatını itirsə də, hələki dağıntılar altındadı. Qalan 8 nəfərin əlaqə saxlamaq mümkün olub. Onların xilas edilməsi üçün əraziyə texnika və 250-ə yaxın canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, təhlükəsizlik tədbirləri çərçivəsində qonşu binalardan 30-a yaxın insan evakuasiya edilib.

L.Tağıyeva

 





08.08.2024    çap et  çap et