525.Az

Teylor Sviftin konsertləri terror təhlükəsinə görə təxirə salındı


 

Teylor Sviftin konsertləri terror təhlükəsinə görə <b style="color:red"> təxirə salındı</b>

Avstriya polisi amerikalı müğənni Teylor Sviftin Vyanadakı konserti zamanı terror aktı törətməyi planlaşdıran iki şəxsi həbs edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra təşkilatçılar 3 gün keçirilməsi nəzərdə tutulan konsertlərin təxirə salınması barədə qərar qəbul ediblər.

Tədbirin təşkilatçısı olan “Barracuda Music” kompaniyası instaqram kanalında açıqlama yayıb: “Bizim 3 günlük konsert proqramını ləğv etməkdən başqa yolumuz yox idi. Ümumi təhlükəsizlik üçün bu addımı atdıq”.

Qeyd edək ki, Svift “Ernst Happel” stadionunda ardıcıl 3 gün - 8, 9 və 10 avqustda pərəstişkarlarının görüşünə gəlməli idi.

İbrahim Cəfərov

 





08.08.2024    çap et  çap et