525.Az

Deputat təhdid olunduğunu açıqladı - “Polisə müraciət edəcəyəm”


 

Deputat təhdid olunduğunu açıqladı - <b style="color:red"> “Polisə müraciət edəcəyəm”</b>

Moldova parlamentinin deputatı, “Qələbə” blokunun icraçı katibi Marina Tauber naməlum şəxslərdən fiziki təhdidlər aldığını açıqlayıb.

525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tauber özünün teleqram kanalında yazıb. Tezliklə hüquq-mühafizə orqanlarına müraciət edəyini bildirən siyasətçinin sözlərinə görə, telefonuna təhdid mesajları gəlir. Marina Tauber qeyd edib ki, bu, ilk hal olmasa da, budəfəki mesajlar “daha abırsız və qəddar” formadadır.

“Son hədə qanlı foto və fiziki zorakılıq vədi ilə müşayiət olundu. Mən mütləq polisə müraciət edəcəyəm. Ümid edirəm ki, araşdırma aparılacaq və günahkarlar layiqli cəzalarını alacaqlar”, - deyə Marina Tauber əlavə edib.

İbrahim Cəfərov

 





08.08.2024    çap et  çap et