525.Az

Braziliyada ata qızının yarışmada 4-cü olduğu üçün münsiflərə atəş açıb


 

Braziliyada ata qızının yarışmada 4-cü olduğu üçün münsiflərə atəş açıb<b style="color:red"></b>

Braziliyada ata qızının gözəllik yarışmasında dördüncü yeri tutmasından əsəbiləşib və münsiflər heyətinin üzvlərinə atəş açıb.

525.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Altamira şəhərində baş verib. Qızı gözəllik yarışmasına qatılan yerli fermer Sebastian Fransisko onun dördüncü yeri tutmasından narazı qalıb. O, silah çıxararaq jüri üzvlərinə atəş açmağa başlayıb, lakin tez bir zamanda polis tərəfindən ram edilib.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Şahidlər yarışda çoxlu polis və təhlükəsizlik nümayəndələrinin olduğunu deyiblər, lakin bu, braziliyalının silah gəzdirməsinə mane olmayıb.

Pərvanə Sultanova

 





08.08.2024    çap et  çap et