525.Az

“Seul nüvə silahı istehsal etməyə çalışarsa, iqtisadi zərbə alacaq”


 

“Seul nüvə silahı istehsal etməyə çalışarsa, iqtisadi zərbə alacaq”<b style="color:red"></b>

“Cənubi Koreyanın nüvə silahına sahib olma ehtimalı 30-50 faiz səviyyəsində qiymətləndirilə bilər. Amma əgər bu silahları inkişaf etdirməyə başlasa, Çindən iqtisadi təzyiqlə üzləşəcək”.

525.az xəbər verir ki, bu barədə Seuldakı Kunmin Universitetinin professoru Andrey Lankov bildirib.

Cənubi Koreyanın müdafiə naziri Sin Von-Şikin ölkəsinin nüvə silahı yaratmasının ABŞ-la əlaqələri məhv edə biləcəyi ilə bağlı bəyanatını şərh edən Lankov deyib ki, bu istiqamətdə kifayət qədər gizli və çox ciddi işlər artıq aparılır.

“2024-cü ildə Cənubi Koreya fiziklərinin yüksək zənginləşdirilmiş uranın istehsalı ilə məşğul olduqları aşkar edildikdə müvafiq sızma baş verdi. Düzdür, o zaman biz kiçik miqdarlardan danışırdıq. İstehsal yox, texnologiya inkişaf etdirilirdi”, - professor vurğulayıb.

Onun fikrincə, yaxın 15-20 ildə Cənubi Koreyada nüvə silahının yaradılması ehtimalı 30-50 faiz səviyyəsində qiymətləndirilə bilər: “Bu, Şimali Koreyanın nüvə proqramının çox sürətlə və çox uğurla irəliləməsi ilə bağlıdır. Cənubi Koreyada isə Birləşmiş Ştatların alyans daxilindəki öhdəliklərə nə dərəcədə arxalana biləcəyi ilə bağlı qeyri-müəyyənlik artır. 2017-ci ildə Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra bu qorxular xeyli çoxalıb. Həm Trampın özü, həm də onun çevrəsindən bir sıra insanlar bu məsələ ilə bağlı kifayət qədər qəti və birmənalı danışıblar. Onlar ABŞ-ın Cənubi Koreyanın özünün nüvə silahı əldə etməsinə ya etiraz etməyəcəklərini, ya da bu ssenarinin müzakirəsinə hazır olduqlarını deyirlər. Tramp bu mövzunu ilk seçki kampaniyası zamanı qaldırıb”.

O xatırladıb ki, bu cür silahların hazırlanması nəinki ABŞ-ın icazəsi olmadan, hətta onların mövqeyinə zidd olaraq başlaya bilər: “Ən azı erkən mərhələdə, xüsusən də belə bir presedent var. Seul artıq 1970-ci illərdə öz nüvə silahını yaratmağa çalışıb və bu, ABŞ-ın razılığı olmadan baş verdi. Cənubi Koreya iqtisadiyyatının hazırkı vəziyyəti də şübhə yeri qoymur ki, əgər istəsə, bu cür kütləvi qırğın silahlarını kifayət qədər tez istehsal edə bilər”.

Pərvanə Sultanova

 





08.08.2024    çap et  çap et