525.Az

İraqda ABŞ hərbi bazasına hücum - 5 əsgər yaralandı


 

İraqda ABŞ hərbi bazasına hücum - <b style="color:red">5 əsgər yaralandı</b>

Ötən gün İraqdakı ABŞ hərbi hava bazasına raket hücumu nəticəsində 5 Amerika əsgəri və 2 müqaviləli personalın yaralandığı açıqlanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki,adları açıqlanmayan ABŞ rəsmiləri Amerika mətbuatına açıqlama verərək, Ayn əl-Əsəd bazasına hücumla bağlı bəzi təfərrüatları paylaşıblar.

ABŞ rəsmiləri 2 raketlə edilən hücumda 5 Amerika əsgəri və 2 müqaviləli personalın yaralandığını, yaralılardan 5-nə dərhal bazada tibbi yardım göstərildiyini, yaralıların hamısının vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, İraq rəhbərliyi dünən ölkənin qərbindəki Ənbar vilayətindəki Ayn əl-Əsəd bazasına 2 raketlə hücum edildiyini açıqlamışdı.

Malik Atilay 

 





08.08.2024    çap et  çap et