525.Az

Yaponiyada 7,1 bal gücündə ZƏLZƏLƏ


 

Yaponiyada 7,1 bal gücündə <b style="color:red">ZƏLZƏLƏ</b>

Yaponiyanın cənub-qərbindəki Miyazaki prefekturasının sahillərində 7,1 bal gücündə zəlzələ baş verib və sunami təhlükəsi barədə xəbərdarlıq edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi açıqlamada, yerli vaxtla saat 16:43-də ölkənin cənub-qərbindəki Miyazaki əyaləti sahillərində 7,1 bal gücündə zəlzələ olduğu açıqlanıb.

Zəlzələ 30 kilometr dərinlikdə baş verib.

Yaponiya hakimiyyəti Koçi və Miyazaki prefekturaları üçün sunami xəbərdarlığı da edib.

Zəlzələdən sonra Kyuşuda sürətli qatarların hərəkəti dayandırılıb.

Qeyd edək ki, zəlzələdə can və ya mal itkisinin olub-olmadığı hələlik məlum deyil.

Malik Atilay 

 





08.08.2024    çap et  çap et