https://525.az/img/pics/medium/2025-04/349933_djv39rrpi9.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-04/349841_7ko6hajd3l.jpg İki şair, bir ruh: Bəxtiyar Vahabzadə və Hüseyn Razi - Fərman Xəlilov yazır
https://525.az/img/pics/medium/2024-11/333662_89a4wzi2ik.jpg Qərbi Azərbaycan mətbuatı: aktual və maraqlı tədqiqat predmeti - Abid Tahirli yazır
https://525.az/img/pics/medium/2021-04/189910_jsd1kgaqqq.jpeg "Ədəbiyyat artıq yükü sevmir..."
search
17 Aprel 2025

Azərbaycan güləş millisi Paris-2024-də ilk medalını qazandı

Azərbaycan güləş millisi Paris-2024-də ilk medalını qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Paris-2024-də bürünc medal görüşünə çıxıb.

525.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan 21 yaşlı idmançımız  qırğızıstanlı idmançı Amantur İsmayılovla üz-üzə gəlib.

Həsrət ikiqat Avropa çempionu (2023 və 2024-cü illər), dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Amantur İsmayılov isə dünya və Asiya çempionatında bürünc medala yiyələnib. 

Həsrət rəqibinə vaxtından əvvəl 8:0 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.

Bu, Azərbaycanın güləş üzrə milli komandalarının Paris-2024-də qazandığı ilk, ümunilikdə ölkəmizin isə 4-cü medalı olub. Daha əvvəl Azərbaycan millisi 2 qızıl və 1 gümüş medal qazanıb. Boksçumuz Alfonso Dominges isə finala yüksələrək ən az gümüş medalı təmin edib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.