525.Az

Ermənistan Konstitusiya Məhkəməsinin sabiq sədrini 7 il həbs gözləyir


 

Ermənistan Konstitusiya Məhkəməsinin sabiq sədrini 7 il həbs gözləyir<b style="color:red"></b>

Ermənistan prokurorluğu Konstitusiya Məhkəməsinin keçmiş sədri, sabiq ədliyyə naziri Hrayr Tovmasyanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

525.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

2019-cu ilin dekabrında Tovmasyana daşınmaz əmlak fırıldağına görə ittiham irəli sürülüb. İş materiallarına əsasən, o vaxt ədliyyə naziri olan Tovmasyan iki notariat kontorunun binasını ələ keçirərək notariusların özlərinə icarəyə verib.

Pərvanə Sultanova

 





09.08.2024    çap et  çap et