https://525.az/img/pics/medium/2024-09/326199_ah4d41pjv3.jpg Cəmo bəy Cəbrayılbəyli: imperiyanın imperativ maarifçisi
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg El-oba sevgisi ilə xatırlanmaq - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-09/326613_5c27343sty.jpg Müharibənin "Əsir qadın"dakı izləri
https://525.az/img/pics/medium/2024-09/326604_j825y00v9c.jpg "Yadlar gəlir, doğma olur, yaxın olur..."
search
14 Sentyabr 2024
13 Sentyabr 2024

Bu gün üç güləşçimiz və bədii gimnastika millimiz mübarizə aparacaq - Paris-2024

Bu gün üç güləşçimiz və bədii gimnastika millimiz mübarizə aparacaq -  Paris-2024

Fransanın paytaxtı Parisdə 2024-cü il Yay Olimpiya Oyunları davam edir.

525.az xəbər verir ki, yarışın 15-ci günündə Azərbaycanın 3 idmançısı və 1 milli komandası qüvvəsini sınayacaq.

Güləş

65 kq

Üçqat dünya, dördqat Avropa çempionumuz, Rio-2016-nın bürünc, Tokio-2020-nin gümüş mükafatçısı Hacı Əliyev mübarizəyə 1/8 finaldan başlayacaq. A xalçasının 9-cu görüşündə onun rəqibi meksikalı Ostin Qomes olacaq. Ostin Meksikada keçirilən Qran Prinin qalibidir. O, ilk dəfə Olimpiya Oyunlarında iştirak edir.

A xalçasında yarışların saat 13:00-da başlaması planlaşdırılır.

97 kq

Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin qitə çempionatında 2 gümüş medal qazanan Maqomedxan Maqomedov C xalçasının 3-cü görüşündə Dominikan Respublikasından olan Luis Migel Pereslə qarşılaşacaq. Luis Migel Peres Pan Amerika oyunlarının bürünc, Pan Amerika çempionatının isə uçqat gümüş, üçqat bürünc mükafatçısıdır. O, Cənubi Amerika çempionatında 2 gümüş medal qazanıb.

C xalçasında yarışların saat 13:00-da start götürməsi nəzərdə tutulur. 

125 kq

Digər sərbəst güləşçimiz, Avropa çempionatlarının bürünc mükafatçısı Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq. O, Oleksandr Kotsianivski (Ukrayna) - Robert Baran (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək. 

20:15-dən etibarən əvvəlcə digər çəki dərəcələri üzrə yarımfinal qarşılaşmaları, sonra isə Giorginin də çəkisində medalllar uğrunda yarışlar başlayacaq.

Bədii gimnastika

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində mübarizə aparacaq. Yarış 16:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.