https://525.az/img/pics/medium/2025-07/358858_kzuqdlby0q.jpg "Tələbələrin köçürülməsi faydalı və inkişafa yönələn olmalıdır"
https://525.az/img/pics/medium/2025-07/358813_jsngglgzel.jpg Azərbaycan təbabətinin görkəmli siması - Akademik Mustafa Topçubaşov-130
https://525.az/img/pics/medium/2025-07/358812_93mx58iuhh.jpg Dörd yarpaq - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2025-07/358814_qrnz0tnhak.jpg Çağdaş etnomusiqişünaslıq üçün zəngin mənbə
search
11 İyul 2025

Azərbaycan olimpiadada medal sıralamasında 24-cüdür

Azərbaycan olimpiadada medal sıralamasında 24-cüdür

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

525.az xəbər verir ki, hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

İlk "üçlük"də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) yer alıblar.

Hələlik 86 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.