525.Az

“Hizbullah” bir gündə İsrailə qarşı 10 hərbi əməliyyat keçirdiyini bəyan edib


 

“Hizbullah” bir gündə İsrailə qarşı 10 hərbi əməliyyat keçirdiyini bəyan edib<b style="color:red"></b>

Livanın hərbiləşdirilmiş təşkilatı “Hizbullah” 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinə qarşı 10 hərbi əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunub ki, “Hizbullah” döyüşçüləri Livan-İsrail sərhədindəki vizual nəzarət sistemlərinə və İsrail ordusunun dörd bölük dayaq məntəqəsinə hücum ediblər.

Bundan başqa İsrail hərbçilərinin Tel-Şaar bölgəsində və Səfad şəhərinin cənub-qərbində yerləşən hərbi logistik bazaları pilotsuz uçan aparat ilə hücuma məruz qalıb.

 





11.08.2024    çap et  çap et