Yaxın Şərqdə baş verənlər regional müharibəyə çevrilə bilər, lakin Qəzza zolağında atəşkəs hələ də mümkündür.
525.az "Report"-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden CBS televiziyasına müsahibəsində deyib.
"Bəli. Qəzzada atəşkəs hələ də mümkündür", - dövlət başçısı Qəzzada atəşkəsin mümkünlüyü barədə suala cavabında bildirib.
O qeyd edib ki, “Yeddilik Qrupu”, BMT Təhlükəsizlik Şurası və digərləri tərəfindən bəyənilən atəşkəs planı hələ də qüvvədədir.
çap et