525.Az

İran bir neçə gün ərzində İsrailə hücum edə bilər


 

İran bir neçə gün ərzində İsrailə hücum edə bilər<b style="color:red"></b>

İsrail kəşfiyyat xidmətləri hesab edir ki, İran İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri iki mənbəyə istinadən məlumat verib.

"İsrail kəşfiyyat xidmətlərinin son proqnozuna əsasən, İran Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib və bu, 15 avqust girov danışıqlarından bir neçə gün əvvəl baş verə bilər", - deyə o, “X” hesabında yazıb.

 





12.08.2024    çap et  çap et