525.Az

Varşavadan Nyu Yorka uçan təyyarə geri qayıtdı - bomba xəbərdarlığına görə


 

Varşavadan Nyu Yorka uçan təyyarə geri qayıtdı - <b style="color:red"> bomba xəbərdarlığına görə</b>

Polşanın LOT aviakompaniyasına məxsus, Varşava-Nyu York reysini yerinə yetirən təyyarə göyərtədə bomba olması barədə saxta xəbərə görə geri qayıdıb.  

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə uçuşu yerinə yetirən aviakompaniya və Varşava polisi birgə məlumat yayıb.

“Təyyarənin göyərtəsində potensial təhlükə barədə siqnal aldıqdan sonra gəmi kapitanı prosedura uyğun olaraq Varşavaya geri dönüş etmək qərarına gəlib”, - deyə məlumatda qeyd olunub.

Təyyarə Polşa paytaxtına eniş etdikdən sonra bütün passajirlər təxliyə ediliblər, uçuş ləğv olunub.  

Polisin insidentlə bağlı apardığı araşdırmadan sonra 23 yaşdan 60 yaşa kimi 8 nəfər saxlanılıb. Onlar təyyarənin göyərtəsində bomba olması barədə yalan məlumat yaymaqda ittiham edilirlər.

İbrahim Cəfərov

 





12.08.2024    çap et  çap et