525.Az

“NATO qurbanlardan asılı olmayaraq Rusiyanın məğlubiyyətini istəyir” - Baş nazirin müavini


 

“NATO qurbanlardan asılı olmayaraq Rusiyanın məğlubiyyətini istəyir” - <b style="color:red"> Baş nazirin müavini</b>

“Avropa İttifaqı və NATO yalnız Rusiyanın məğlubiyyətini istəyir”.

525.az xəbər verir ki, bu sözləri “RİA Novosti”yə müsahibəsində Serbiya Baş nazirinin müavini Aleksandr Vulin deyib.

O bildirib ki, Avropa İttifaqı və NATO-nu heç qurbanların sayı da maraqlandırmır: “Mən sülh istəyirəm. Lakin Avropa İttifaqının böyük hissəsini və NATO-nu sülh maraqlandırmır. Onlar qurbanların sayından asılı olmayaraq yalnız Rusiyanın məğlubiyyətini istəyirlər”.

Nazir müavininin fikrincə, Rusiyanı məğlub etmək mümkün deyil: “Çünki Rusiya dünyanın nüvə gücü hesab olunur. Şimali Atlantika alyansının hərəkətləri Rusiyanı nüvə silahından istifadə etmək həddinə çatdıra bilər”.

Aleksandr Vulin vurğulayıb ki, ölkəsi Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib: “Serbiya müstəqil şəkildə dostlarını seçmək hüququna malikdir”.

İbrahim Cəfərov

 





12.08.2024    çap et  çap et