Bəzi dost ölkələr Avstraliyanın daxili işlərinə qarışırlar.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu iddia ilə Avstraliyanın daxili kəşfiyyat rəhbəri Mayk Berdjess çıxış edib.
Onun sözlərinə görə, söhbət Avstraliya icmalarının işlərinə fəal şəkildə müdaxilə edən 3-4 dövlətdən gedir.
“Bu problem Avstraliya vətəndaşları üçün təhlükə yaradır. Çünki söhbət bizə dost hesab edilən ölkələrdən gedir. Adları açıqlasaq, onlardan bəziləri hər kəsi təəccübləndirəcək”, - deyə M.Berdjess bildirib.
Avstraliya kəşfiyyatının rəhbəri vurğulayıb ki, bənzər əməliyyatlar davam etsə, o, bu ölkələrin siyahısını açıqlamaq və onlara rəsmi şəkildə müraciət etmək məcburiyyətində qalacaq.
İbrahim Cəfərov
çap et