525.Az

Avstraliyada helikopter qəzası


 

Avstraliyada helikopter qəzası<b style="color:red"></b>

Avstraliyanın Kvinslend ştatının Kerns şəhərində helikopter dəbdəbəli "Double Tree Hotel by Hilton" otelinin damına çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə otelin dam örtüyündə yanğın baş verib. Hadisə yerinə gələn xilasedicilər 400-ə yaxın sakin və işçini təxliyyə ediblər.

Qəza zamanı helikopterin pilotu həlak olub. 2 nəfər - 80 yaşlı kişi və 70 yaşlı qadın tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, həlak olan pilotun şəxsiyyəti hələlik məlum deyil. Qəzanın baş vermə səbəbləri təyin edilmiş ekspertizadan sonra məlum olacaq.

L.Tağıyeva

 





12.08.2024    çap et  çap et