525.Az

Ukrayna ordusu Kursk AES-nı ələ keçirmək istəyir – Britaniyalı ekspert


 

Ukrayna ordusu Kursk AES-nı ələ keçirmək istəyir – <b style="color:red"> Britaniyalı ekspert</b>

“Ukrayna Silahlı Qüvvələri kritik vəziyyətlərinə görə çox güman ki, Kursk Atom Elektrik Stansiyasına (AES) getməyə cəhd göstərmək istəyirlər, amma bu cəhdləri uğursuzdur.

525.az xəbər verir ki, bu barədə britaniyalı ekspert Aleksandr Merkuris deyib.

Ekspert hesab edir ki, Ukrayna ordusunun bu ərazidə ələ keçirə biləcəyi bir obyekt var: “Əgər əraziyə baxsanız, Ukraynanın ələ keçirə biləcəyi və ələ keçirilməsi ilə həqiqətən də bütün hərbi əməliyyatlar hekayəsində əsaslı dəyişiklik gətirəcək və bu cür əməliyyata haqq qazandıracaq bir obyekt var - Kursk Atom Elektrik Stansiyası”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi avqustun 6-da səhər saatlarında Ukrayna hərbçilərinin Kursk vilayətinin dərinliyinə getməyə cəhd etdiyini bildirib. Avqustun 9-da axşam saatlarında Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı iclasda deyib ki, rəqib öz hərəkətlərinə layiqli cavab alacaq və xüsusi əməliyyatın bütün məqsədlərinə nail olunacaq.

Pərvanə Sultanova

 





12.08.2024    çap et  çap et