2022-ci ilin martında Ukraynada müharibə başlayandan bəri Rusiya ABŞ və Avropa İttifaqının öz valyutalarının ixracını qadağan etməsi səbəbilə təxminən 2,3 milyard ABŞ dolları və avro həcmində nağd pul alıb.
525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə “Reuters”in materialında deyilir.
“Rusiyaya nağd pullar Rusiya ilə ticarətə məhdudiyyət qoymayan BƏƏ və Türkiyədən daşınıb”, - “Reuters” gömrük məlumatlarına istinadən yazır.
Nəşr qeyd edib ki, Çin yuanı ABŞ dollarını keçərək Moskvada ən çox satılan xarici valyutaya çevrilib.
Xatırladaq ki, 2023-cü ilin dekabrında ABŞ hökuməti Rusiyaya sanksiyalardan yayınmağa kömək edən maliyyə institutlarını cərimələməklə hədələyib və üçüncü ölkələrin şirkətlərinə qarşı cərimələr tətbiq edib.
çap et