Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan indiyə kimi Rumıniya sərhədçiləri ölkə ərazisinə qanunsuz daxil olmuş 15 minə yaxın ukraynalı dezertiri saxlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 24-ü müxtəlif səbəblərdən həyatını itirib.
Maramureş bölgəsinin sərhəd polisinin yaydığı məlumatda iyul ayının 23-ə kimi sərhədi qeyri-qanuni keçənlərin sayının 14 652 nəfər olduğu bildirilirdi.
Demək olar ki, hər gün ukraynalıların sərhədi pozması ilə bağlı 20-50 arası fakt qeydə alınır. Oxşar hal Ukraynanın Polşa və Moldova ilə sərhədlərində də yaşanır.
Qeyd edək ki, Ukraynada 18-60 yaş arasında kişilərin ölkəni tərk etməsi qadağandır. Bunu qanunsuz etməyə cəhd göstərənləri isə həbs gözləyir.
L.Tağıyeva
çap et