525.Az

Türkiyədə “Gürz-6” əməliyyatı keçirilib, 3 terrorçu zərərsizləşdirilib


 

Türkiyədə “Gürz-6” əməliyyatı keçirilib, 3 terrorçu zərərsizləşdirilib<b style="color:red"></b>

Türkiyənin Hakkari bölgəsində “Gürz-6” əməliyyatı keçirilib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, əməliyyat zamanı 1-i ölü, 2-si sağ olmaqla 3 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Ali Yerlikaya “Gürz-6” əməliyyatını anbaan izləyib.

 





12.08.2024    çap et  çap et